İDMAN

28 Fevral

İngiltərə klubunda əl ilə görüşmək qadağan olundu

İngiltərənin "Nyukasl" klubunda koronavirus epidemiyasına görə ilkin tədbirlər görülməyə başlayıb.

Fins.az xəbər verir ki, komandadanın bazasında futbolçuların və işçilərin əllə görüşməsinə qadağa qoyulub. Bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Stiv Bryus məlumat verib. 59 yaşlı ingiltərəli mütəxəssis bildirib ki, bu addım virusun yayılmasının qarşısını almaq üçün atılıb.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 19-a çatıb.