İspaniyanın "Real" klubunun hücumçu transferi ilə bağlı planı məlum olub.
Fins.az-ın komanda.az-a istinadən xəbər verir ki, "kral klubu" yay transfer pəncərəsi dövründə "Liverpul"un hücumçusu Məhəmməd Salahın keçidini həll edəcək. Madrid klubu misirli futbolçu üçün təzminat məbləği olan 150 milyon avro ödəməyə hazırdır.
"Real"ın əsas hədəfinin PSJ-nin gənc futbolçusu Kilian Mbappe olduğu, lakin transfer məbləğinə görə bu keçidin mümkün olmadığı deyilir. Paris klubu fransalı hücumçunun təzminat məbləğini 300 milyon avro olaraq müəyyənləşdirib. "Real" isə bu məbləği ödəməyə hazır deyil. Klub daha az məbləğə Salahı transfer etmək, eyni zamanda, futbolçusu Qaret Beylin də satışına nail olmaq niyyətindədir.
2017-ci ildən "Liverpul"un şərəfini qoruyan Salahın klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub