İDMAN

28 Fevral

İtaliya millisinin sabiq hücumçusu il yarımdan sonra karyerasını bərpa edib

İtaliya millisinin sabiq hücumçusu Cüzeppe Rossi il yarımlıq fasilədən sonra karyerasını bərpa edib.

Fins.az-ın məlumatına görə, 33 yaşlı forvard ABŞ-da çıxış edəcək.

"Mançester Yunayted"in yetirməsi MLS klubu "Real Solt-Leyk"lə müqavilə bağlayıb. ABŞ-da anadan olan Rossi artıq yeni komandasının düşərgəsinə qoşulub. O, 2018-ci ilin yayında "Cenoa"dan ayrıldıqdan klubsuz idi.

Qeyd edək ki, Cüzeppe Rossi İtaliya yığmasının heyətində 30 oyunda iştirak edib, 7 qola imza atıb.