Bu mövsüm gözləntiləri qarşılaya bilməyən "topçular" növbəti mövsüm üçün artıq oyunçular axtarır.
Fins.az xəbər verir ki, Artetanı baş məşqçi postuna gətirdikdən sonra, uğurlu seriya qazanmış "Arsenal"ın gözü "Atletikon"un mərkəz yarımmüdafiəçisi Tomasa düşüb. Son zamanlar uğurlu performans sərgiləyən qanalı oyunçu üçün danışıqlar da başlayıb. İnglislər Tomasın 50 milyon avro sərbəstqalma məbləğini ödəməyə hazır olduğu bildirilir. Tomas isə bu haqda "Atletiko mənim evimdi, mənə istədiyim hərşeyi veriblər. Menecerim başqa klublar ilə danışıqlar aparır. "Atletiko" nece istəsə, elə də olacaq. Get desələr gedəcəm, qal desələr qalıb klubum üçün mübarizə aparacam" - deyib.
Qeyd edək ki, Tomas Parti "Atletiko"nun öz yetirməsidir.