Futzal üzrə Yüksək Liqanın XV turunda hakimlərin düzgün olmayan qərarı əsasında başa çatmayan “Marafon” – “Araz” oyununun keçirilmə tarixi açıqlanıb.
Fins.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma martın 2-də saat 14:00-da başlayacaq. Görüş “Olimpik Star”da keçiriləcək.
Qeyd edək ki, fevralın 20-də keçirilən görüşün 26:09 dəqiqəsində “Marafon” komandası hakimin qərarına etiraz edərək meydanı tərk edib. Bunu əsas gətirən referilər görüşü dayandırıb. Sonrakı dəqiqədə "Marafon" komandası oyunu davam etdirmək istəsə də, bu dəfə "Araz" hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib. Oyunu FIFA referisi Hikmət Qafarlı idarə edib. Daha sonra AFFA İntizam Komitəsi görüşün yenidən keçirilməsi ilə bağlı qərar çıxarıb.
© Report