İtaliya A seriyasının 26-cı turunda keçiriləcək 6 matç ölkədə sürətlə yayılan koronavirus səbəbindən azarkeşsiz oynanılacaq.
Fins.az xəbər verir ki, bu barədə İtaliya Gənclər və İdman naziri Vinçenzo Spadafora məlumat verib.
Beləliklə, "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL, "Sassuolo" - "Breşiya", "Sampdoriya" -"Verona" və "Yuventus - "İnter" görüşlərində azarkeşlər olmayacaq.
Qeyd edək ki, "İnter"in Avroliqadakı "Ludoqorets"lə cavab matçı da azarkeşlər olmadan oynanılacaq.