İDMAN

24 Fevral

Azərbaycanın tanınmış sərbəst güləşçisi karyerasını başa vurmaq istəyir

Azərbaycanın tanınmış sərbəst güləşçisi Cəbrayıl Həsənov karyerasını başa vurmaq istəyir.

Bu barədə 30 yaşlı idmançının özü məlumat verib. Üçqat Avropa çempionu bunadək Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istədiyini də bildirib: "Qismət olsa, olimpiadada çıxış etmək niyyətindəyəm. Bu il bəlkə də karyeramın sonudur. İlin yekununa kimi karyeramı bitirmək istəyirəm. Fikrim budur".

Qeyd edək ki, Cəbrayıl Həsənov 2010-cu ildə Bakıda, 2011-ci ildə Almaniyanın Dortmund şəhərində, 2019-cu ildə isə Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanıb. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.

© Report