İDMAN

24 Fevral

Chelsea-nin hücumçusu üçün 22 milyon avro

Chelsea-nin hücumçusu Mitşi Batşuaiyi komandadan ayrıla bilər.

Fins.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, bir başqa Premyer Liqa təmsilçisi Crystal Palace belçikalı futbolçunu heyətinə qatmaq niyyətindədir. Komanda hücumçu üçün London təmsilçisinə 22 milyon avro təklif edib.

Batşuayi bu mövsüm Premyer Liqada 15 oyuna bir qol vurub, eyni sayda assist edib.