"Real"ın futbolçusu Eden Hazardın son durumu müəyyənləşib.
Fins.az xəbər verir ki, La Liqanın 25-ci turunda "Levante" ilə matçda (0:1) zədələnən belçikalı oyunçunun ayaq biləyində sınıq aşkarlanıb.
spaniya mətbuatı onun bərpa müddətinin ən azı iki ay çəkəcəyini yazıb. Beləliklə, Hazard Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" və La Liqada "Barselona" ilə vacib oyunları buraxmalı olacaq.
Qeyd edək ki, Hazard zədəsini yeni sağaltmışdı.
Qeyd edək ki, Hazard bundan əvvəl də zədəli olmuşdu. Bu səbəbdən o, hazırkı mövsümdə cəmi 10 çempionat oyununda meydana çıxıb.