İDMAN

23 Fevral

"Böyük Dəbilqə"nin son günündə 5 cüdoçumuz çıxış edəcək

Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə"nin son günündə Azərbaycanın 5 cüdoçusu çıxış edəcək.

Fins.az-ın məlumatına görə, yuxarı çəki dərəcələrində yer alan 4 kişi və 1 qadın tatami ustasının hər biri mübarizəyə 1/16 finaldan başlayacaq.

90 kq-da Məmmədəli Mehdiyevin ilk rəqibi Yesper Smink (Niderland) - Mohab Elnahas (Kanada) cütünün qalibi olacaq.

100 kq-da Elmar Qasımov Niazi Diasamidze (Gürcüstan) - George Kimani (Keniya), Zelim Kotsoyev Tevita Takayava (Fici) - Filipp Qalandi (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Nəhayət 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri Şakarmamad Mirmamadov (Tacikistan) - İvanli Maria (Kurasao) görüşünün qalibini sınağa çəkəcək.

Yeganə qadın cüdoçu (78 kq-dan yuxarı çəkidə) İrina Kindzerskanın bəxtinə isə Qandiimaa Erdenebileq (Monqolustan) düşüb.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk 2 yarış günündə Azərbaycan təmsilçilərindən yalnız Rüstəm Orucov 73 kq çəkidə fəxri kürsüyə yüksələ bilib. O, bürünc medalla kifayətlənib. 66 kq-da Orxan Səfərov isə 7-ci yerlə kifayətlənib.