"Barselona" klubunun futbolçusu Lionel Messi Kataloniya təmsilçisindən ayrılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.
Fins.az xəbər verir ki, argentinalı hücumçu La Liqa klubunu tərk etmək fikrində olmadığını bildirib.
33 yaşlı forvard deyib ki, klub rəhbərliyi və azarkeşlər onu komandada görmək istədiyi müddətcə "Barselona"dan getməyəcək: "Bu komandada qalmaq mənim ideyamdır. Daha bir dəfə Çempionlar Liqasını qazanmaq, bir neçə dəfə La Liqanın qalibi olmaq istəyirəm. Hər zaman uğura nail olmağa çalışıram".
Messinin sözlərinə görə, bir neçə dəfə "Barselona"nı tərk etmək imkanı olub: "Bir çox klub mənə görə təzminat məbləğini ödəməyə hazır olub. Amma "Barselona"dan getmək barədə heç vaxt düşünməmişəm".
Qeyd edək ki, Messi 2004-cü ildən "Barselona"da çıxış edir.