İDMAN

20 Fevral

Joze Mourinyo 6 ildir pley-offda qələbə qazana bilmir

“Tottenhem”in baş məşqçisi Joze Mourinyonun uğursuz seriyası davam edir.

Fins.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin çalışdırdığı London təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Leypsiq”ə məğlub olub – 0:1.

Mourinyonun komandaları 2014-cü ildən bəri pley-off mərhələlərində qələbə üzünə həsrətdirlər. Sonuncu dəfə o, “Çelsi”də işləyərkən pley-offda PSJ üzərində 2:0 hesablı qələbəyə sevinib. Həmin oyundan bəri 57 yaşlı çalışdırıcının rəhbərlik etdiyi klublar pley-off mərhələlərində 7 oyundur qalib gələ bilmirlər. Bunun 4-ü “Çelsi”də, 2-si “Mançester Yunayted”də, 1-i isə “Tottenhem”də baş verib.

Qeyd edək ki, “Tottenhem”lə “Leypsiq” arasında cavab görüşü martın 10-da Almaniyada keçiriləcək.

© APAsport