İDMAN

18 Fevral

Azərbaycanda bir-birini söyən məşqçilər cəzalandırılıb

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə liqalarla bağlı qərarlar verilib.

Fins.az saytının məlumatına görə, komitə növbəti dəfə bir neçə komandaya texniki məğlubiyyət verib.

U-15 Liqasında keçirilən “Sumqayıt” – “Kəpəz” oyununda ev sahiblərinin heyətində turu buraxmalı olan Ümid Rəcəbov matçda iştirak edib. Bu səbəbdən “Sumqayıt”a 0:3 hesablı məğlubiyyət verilib. 

U-12 Liqasında “Keşlə” – “Quba İK” oyunu, U-11 Liqasında “Xızı Təhsil” – “Nabran”(Xaçmaz) görüşü və futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsində “Baker Tilly” – “Xızı Futsal” qarşılaşması baş tutmayıb. Həmin matçlarda təyin olunan vaxtda meydana çıxmayan “Quba İK” və “Xızı Təhsil”ə 0:3, “Xızı Futsal”a isə 0:5 hesablı yenilgi cəzası kəsilib.

Bundan başqa, U-11 Liqasında keçirilən UGİM (Astara) - “Zirvə” (Lənkəran) oyununda komandaların baş məşqçiləri Qəhrəman Mirzəyev və Xəyal Abbasov bir-birilərini təhqir etdiklərindən, 3 oyunluq diskvalifikasiyaya məruz qalıblar.

©Apasport.az