AFFA İntizam Komitəsi "Neftçi" və "Sabah" klublarını cəzalandırıb.
Fins.az-ın məlumatına görə, paytaxt təmsilçilərini öz futbolçuları ziyana salıb.
"Neftçi" "Keşlə" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XVII tur matçında 5 oyunçusunun sarı vərəqə alması səbəbindən 800 manat cəriməyə məruz qalıb. Eyni məbləğdə cəriməni "Sabah" "Sumqayıt"la qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması üzündən ödəməli olacaq.
Qeyd edək ki, "Neftçi" evdə "Keşlə"ni 3:1, "Sabah" isə "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə yenib.
©"Report"