Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.
Fins.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Ermənistan təmsilçisi Gevorq Mxeyanla üz-üzə gəlib.
İlk hissə rəqibin 8:1 hesablı qələbəsi ilə bitib. Mustafayev ikinci yarıda əzmkarlıq göstərərək 15:8 hesabı ilə qələbə qazanıb və 1/8 finala yüksəlib.
Qeyd edək ki, bu gün digər sərbəst güləşçilər Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) də mübarizəyə qoşulub.