Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
Fins.az-ın məlumatına görə, “Sumqayıt” – “Sabah” matçını İnqilab Məmmədov, “Zirə” –“ Qarabağ” görüşünü isə Rəhim Həsənov idarə edəcək.
“Neftçi” – “Keşlə” dueli Elçin Məsiyevə, “Səbail” – “Qəbələ” oyunu isə Kamal Umudluya tapşırılıb.
15 fevral (şənbə)
15:00 “Zirə” –“ Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlhаm Əliyev
Zirə İdman Kompleksinin stadionu
17:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”
16 fevral (bazar)
16:30. “Səbail” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“ASCO Arena”
19:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bakcell Arena”
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.