İDMAN

13 Fevral

Abdullah Avcı Azərbaycan millisi ilə bağlı qərar verdi

Türkiyəli məşqçi Abdullah Avcı futbol üzrə Azərbaycan millisində işləmək niyyətində deyil.

Fins.az xəbər verir ki, AFFA 57 yaşlı mütəxəssisə təklif göndərsə də, tərəflər arasında görüş baş tutmayıb. Bildirilib ki, türkiyəli məşqçinin planlarına milli komandada işləmək daxil deyil.

Onun Azərbaycan millisindən rəsmi təklif gələcəyi təqdirdə imtina edəcəyi də vurğulanıb.

Qeyd edək ki, Abdullah Avcı son olaraq ölkəsinin "Beşiktaş" komandasına rəhbərlik edib.