İDMAN

17 Yanvar

“Sabah” heyətini yeni hücumçuyla gücləndirib

“Sabah” futbol klubu heyətini yeni hücumçuyla gücləndirib. 

Fins.az xəbər verir ki, təcrübəli futbolçu Marko Deviç mövsümün sonuna kimi komandanın heyətində olacaq. 

Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. 

Marko komandanın Premyer Liqada ilk qolunun müəllifidir. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.

Qeyd edək ki, Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası “Vozdovats” olub.

Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.