İDMAN

16 Yanvar

“Monako” öz meydanında PSJ-yə məğlub olub

Fransanın birinci Liqasının 15-ci turu çərçivəsində “Monako” “Pari Sen-Jermen”i qəbul edib.

Fins.az-ın məlumatına görə, qarşılaşma Monakonun “Lui II” stadionunda baş tutub və qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Matçda hesabı 24-cü dəqiqədə PSJ-nin hücumçusu Kilian Mbappe açıb. Birinci hissəyə əlavə edilmiş vaxtda görüşün baş hakimi "Monako"nun qapısına penalti təyin edib. Parislilərin hücumçusu Neymar cərimə zərbəsini uğurla yerinə yetirib.

Qarşılaşmanın ikinci hissəsinin 72-ci dəqiqəsində PSJ-nin yarımmüdafiəçisi Pablo Sarabiya üçüncü qolu vurub. 87-ci dəqiqədə Tiemue Bakayoko "Monako”nun yeganə qoluna imza atıb. Görüşün sonunda Mbappe dubl edib - 4:1.