Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama görüşləri davam edir.
Fins.az-ın məlumatına görə, bu gün Azərbaycan klublarından yalnız "Zirə" yoxlama matçında qüvvəsini sınayacaq.
İlk görüşündə Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə uduzan paytaxt təmsilçisi bu dəfə Rumıniyanın "Sepsi" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, daha öncə Azərbaycan klublarından "Sabah" Macarıstanın "Pakş" klubuna 0:2 uduzub, "Rumıniya təmsilçisi "Akademika Klinçeni" ilə qolsuz bərabərə qalıb. "Səbail" Qazaxıstanın "Jetisu" klubuna 0:1, "Sumqayıt" Macarıstan "Kaposvar"ına 3:4 və "Qəbələ" Macarıstan MTK-sına 0:3 hesabı ilə məğlub olub. "Neftçi" isə dünən keçirdiyi ilk yoxlama matçında "Polşa"nın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzub.