İDMAN

14 Yanvar

Bu gün Azərbaycanın daha iki klubu Antalyada yoxlama oyunu keçirəcək

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama görüşləri davam edir.

Fins.az məlumatına görə, bu gün Premyer Liqanın daha 2 təmsilçisi - "Sumqayıt" və "Qəbələ" klubları yoxlama matçında qüvvələrini sınayacaq.

Macarıstanın "Kaposvar" klubu ilə qarşılaşacaq "Sumqayıt"ın oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bu, Ayxan Abbasovun rəhbərlik etdiyi komandanın qonşu ölkədəki ilk sınağı olacaq.

"Qəbələ" klubu da ilk yoxlama matçında Macarıstan təmsilçisi ilə üz-üzə gələcək. "Qırmızı-qaralar"ın MTK (Budapeşt) klubu ilə görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə Azərbaycan klublarından "Sabah" Macarıstanın "Pakş" klubuna 0:2, "Zirə" isə Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə uduzub.