İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Xavi Ernandesin komandada işləməkdən imtina etməsinin səbəbi açıqlanıb.
Fins.az xəbər verir ki,b 40 yaşlı mütəxəssisin Kataloniya təmsilçisində öz layihəsini sıfırdan qurmaq istəyi səbəb olub.
Həmçinin uğursuz nəticələrdən sonra "Barselona"nın baş məşçqçi vəzifəsinə gətirilməsini istəməyən ispaniyalı məşqçi eyni zamanda komandanı mövsümün əvvəlindən çalışdırmaq niyyətində olduğunu bildirib.
İspaniya millisinin sabiq üzvünün "Barselona"nın təklifini qəbul etməməsində hazırda baş məşqçisi olduğu Qətərin "Əl-Sədd" klubunda titul qazanmaq istəyinin də böyük rol oynadığı müəyyən edilib. "Barselona" rəsmiləri ilə görüş ərəfəsində Xavinin komandası Qətər kubokunda "Əl Rayyan" klubu ilə görüşürdü. Həmin matç "Əl Sədd" klubunun 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.