İDMAN

13 Yanvar

İnyesta: "Barselona" rəhbərliyi özünü yaxşı aparmır

İspaniya "Barselona"sının sabiq futbolçusu Andres İnyesta klub rəhbərliyini tənqid edib.

Fins.az məlumata görə, 35 yaşlı futbolçu Kataloniya təmsilçisinin rəhbərliyini baş məşqçi Ernesto Valverdeyə etimad göstərməməkdə günahlandırıb:

"Barselona" rəhbərliyi özünü yaxşı aparmır. Məşqçilərə hörmət etmək lazımdır. Rəhbərliyin baş məşqçi Ernesto Valverdyə qarşı belə davranması komandaya zərər vura bilər".

Qeyd edək ki, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda oynayan İnyesta 2002-2018-ci illərdə "Barselona"nın şərəfini qoruyub. O, meydana çıxdığı 442 rəsmi oyunda 35 qola imza atıb.