Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayını açıqlayıb.
Fins.az xəbər verir ki, bu barədə IOC-un İsveçrənin Lozanna şəhərində iclasında məlumat verilib.
Olimpiadada 100 qadın, 189 kişi boksçusunun mübarizə aparacağı bildirilib.
Beynəlxalq Boks Assosiasiyasının (AIBA) iskvalifikasiyası ilə əlaqədar IOC "Tokio-2020"də boks yarışlarının təşkilini üzərinə götürüb.
Kişilərin yarışında səkkiz, qadınlarda isə beş çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Olimpiadada iştirak edəcək bokçular yanvar - may aylarında keçiriləcək lisenziya turnirlərindən sonra bəlli olacaq.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 24-də başlayacaq, avqustun 9-da yekunlaşacaq.
© Report