İDMAN

07 Yanvar

Ronaldu "Böyük 5-lik" çempionatında 17 il ardıcıl qol vurmaqla rekorda imza atıb

Turinin "Yuventus” klubunun portuqal hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının 18-ci turunun "Kalyari”ylə matçında (4:0) het-triklə yeni uğura imza atıb.

Fins.az-ın məlumatına görə, portuqaliyalı futbolçu bununla "Böyük 5-lik"də 17 il (2003-2020-ci illər) boyunca ardıcıl olaraq Avropa çempionatlarında qol vurub. Bu il belə uğura yalnız "Betis"in yarımmüdafiəçisi Hoakin Sançes və "Verder"in hücumçusu Klaudio Pisarro nail olub.

Ronaldu "Yuventus”a 2018-ci ilin yayında Madrid "Real”ından keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. Cari mövsümdə 34 yaşlı portuqaliyalı İtaliya milli çempionatının (hər birində əsas heyətdə) 15 matçında iştirak edib və 13 qol (4-ü penaltidən) vurub. Futbolçu habelə bu matçlarda 2 məhsuldar ötürmə verib.