İDMAN

28 Dekabr

İngiltərə Premyer Liqası: “Mançester Siti” yenə məğlub olub

Dekabrın 27-də İngiltərə Premyer Liqasının 19-cu turuna yekun vurulub.

Fins.az xəbər verir ki, turun son görüşündə “Mançester Siti” səfərdə “Volverhemton” komandasının qonağı olub.

Görüş gözlənilmədən meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Volverhemton”un heyətində Adama Traore, Raul Ximenez və Matt Doherti fərqləniblər. “Mançester Siti”nin heyətində isə hər iki qolun müəllifi Rahim Sterlinq olub.

Görüşün 12-ci dəqiqəsində “şəhərli”lərin qapıçısı braziliyalı Ederson qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.

Bu Mançester təmsilçisinin cari mövsümdə 5-ci məğlubiyyətidir.

Beləliklə, “Mançester Siti” “Lester Siti”nin xal itkisindən yararlanmayaraq 38 xalla üçüncü yerdə qərarlaşıb. “Volverhemton” isə 30 xalla 5-ci yerdədir.

Xatırladaq ki, “Lester Siti” dekabrın 26-da öz meydanda lider “Liverpul”a böyük hesabla məğlub olub - 4:0.