İDMAN

27 Dekabr

İngiltərə Premyer Liqası tarixində ən erkən sarı vərəqə qeydə alınıb

"Mançester Yunayted" klubunun futbolçusu Skott Maktominey İngiltərə Premyer Liqası tarixində qayda pozuntusunun dəqiq vaxtının qeydə alındığı 2006/2007 mövsümündən bəri ən erkən sarı vərəqəni alıb. 

Fins.az-ın məlumatına görə, bu, XIX turun "Nyukasl" komandası ilə ev oyununun 24-cü saniyəsinə təsadüf edib. Mançesterdəki "Old Trafford" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1. 23 yaşlı dayaq yarımmüdafiəçisi matçın gedişində dizindən zədə alaraq, meydanı qoltuq ağacı ilə tərk edib. 

Qeyd edək ki, Skott Maktominey bu mövsüm 21 oyunda 3 qol müəllifi olub.