İDMAN

19 Dekabr

“Qəbələ”nin yeni - SPONSORU MÜƏYYƏNLƏŞİB

“Qəbələ” İdman Klubunun taleyinə aydınlıq gəlib.

Fins.az xəbər verir ki. bu gün təşkil olunan mətbuat konfransında klubun yeni sponsorunun adı açıqlanıb.

 

Qəbələ”nin yeni tərəfdaşı “Jalə” Şirələri olacaq. 

Qeyd edək ki, 1995-ci ildə Xanların “Göy-Göl” klubu kimi yaradılan klubun adı 2005-ci ildə dəyişdirilərək “Gilan” qoyulub. Azərbaycan çempionatının 2005/06 mövsümündə birinci dəstənin qalibi olan komanda yüksək liqaya vəsiqə qazanıb. 2006-cı ildə burada debütdən öncə “Gilan” Xanlardan Qəbələyə köçürülüb və həmin vaxtdan bu şəhəri təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” İK adı ilə dəyişdirilib. Klub tarixi ərzində Azərbaycan kubokunu (2018/19), Azərbaycan Premyer Liqasının gümüş (2016/17, 2018/18) və bürünc (2013/14, 2014/15, 2015/16) mükafatlarını qazanıb. “Qəbələ” ardıcıl iki dəfə (2015/16, 2016/17) Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Apa