UEFA "Qəbələ" İdman Klubuna 25 min avro ayırıb.
Fins.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəsait klubun müvafiq yaş qrupundan ibarət komandasının 2019/2020 mövsümündə UEFA Gənclər Liqasının ilkin mərhələsində iştirakına görə səyahət xərci üçün nəzərdə tutulub.
Ayrılmış məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qəbələ”nin hesabına köçürülüb.
Qeyd edək ki, "Qəbələ" iki oyunun nəticəsinə görə Kiprin APOEL komandasına uduzaraq mübarizəni dayandırıb (1:1, 0:1).