Dünyanın ən çox nöqtəsinə uçuşlar həyata keçirən “Türk Hava Yolları” Azərbaycandan olan sərnişinlər üçün “Wingo” kampaniyasına start verir. Kampaniya çərçivəsində Bakı, Gəncə və Naxçıvandan olmaqla, Türkiyənin İstanbul və Ankara şəhərlərinə endirimli qiymətlərlə səfər etmək imkanı yaranır.
“Türk Hava Yolları”ndan daxil olmuş məlumata görə, kampaniya çərçivəsində Bakıdan İstanbul və Sabiha Gökçen hava limanlarına biletlərin qiyməti müvafiq olaraq, 179 və 169 avrodur. Bakı-Ankara istiqamətində uçuşun qiyməti isə 139 avrodur. Bu qiymətlər vergilər daxil gediş qayıdış qiymətləridir.
Gəncə və Naxçıvandan olan uçuşlar İstanbul hava limanınadır və hər iki şəhərdən baş tutan uçuşların qiyməti 129 avrodur.
Kampaniya çərçivəsində tətbiq olunan endirimli biletləri 13 yanvar – 27 yanvar tarixlərində əldə etmək olar. Səyahət tarixləri isə 20 yanvar 2020 – 14 may 2020-ci illəri əhatə edir. Təklif olunan qiymətlər gediş-qayıdış üçün nəzərdə tutulub və vergiləri əhatə edir. Bundan başqa bütün biletlərdə baqaj haqqı 30 kq-dır.