Finsaz.ru

15 Yanvar

Ötən il 457 azərbaycanlı xaricdən ölkəyə qaytarılıb

Ötən il readmissiya ilə bağlı 480 sorğu verilib. Bu, 2018-ci illə müqayisədə 15 faiz (567) azalma deməkdir.

Fins.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib.

 

Onun sözlərinə görə, ötən il 457 readmissiya olub. Bu rəqəm 2018-ci ildə 464 nəfər təşkil edib.

Xidmət rəisi qeyd edib ki, 2019-cu ildə 404 əcnəbiyə qaçqın statusu verilib:

“Bu da 2018-ci illə müqayisədə 7 faiz artım deməkdir. Ölkədə qaçqın statusu əsasında yaşayanlardan 43-ü İran, 30-u Əfqanıstan, beşi Liviya, üçü Pakistan, ikisi Cənubi Afrika Respublikasının vətəndaşlarıdır”.

©Apa