Almaniyanın “Lufthansa” aviaşirkəti bu gündən Frankfurt-Tehran aviareyslərini bərpa edəcək.
Bu barədə aviaşirkətin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, İran paytaxtının hava limanı artıq işini bərpa edib və ərazidə təhlükəsizliklə bağlı heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, “Lufthansa” Tehrana uçuşları ötən gün səhər saatlarında aeroportda baş vermiş qəzadan sonra dayandırdığını elan etmişdi. “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra dünyanın əsas aviaşirkətləri İranın və İraqın hava məkanından imtina edib.
©Report