Azərbaycan Dövlət Pantomima Teatrı ilin ilk ayı maraqlı tamaşalarla çıxış edəcək.
Teatrdan verilən məlumata görə, sənət ocağının repertuarında xüsusi yer tutan “Qoca və Mələk” yanvarın 11-də,
“Kişilər və qadınlar” 12-də, “Ağ bığlılar” isə 18-də teatrsevərlərin ixtiyarına veriləcək. Bundan başqa, yanvarın 19-da “Xocalı-bu, olub” tamaşası, 25-də “6+1 nömrəli palata” 26-da isə “Adagio” tamaşaları göstəriləcək.
Səhnə əsərləri bir qayda olaraq saat 18:00-da nümayiş ediləcək.