“Air France” aviaşirkəti İran və İraq üzərindən bütün uçuşları dayandırıb.
Turizm.fins.az xəbər verir ki, bu barədə Fransa Hava Yollarının mətbuat xidməti məlumat yayıb.
"Uçuşların dayandırılması barədə qərar Yaxın Şərqdəki son hadisələrlə əlaqədar qəbul edilib", - açıqlamada qeyd olunub.