Fins

21 Aprel

İcbari Sığorta Bürosunun təşkil etdiyi müsabiqənin qalibləri məlum oldu

İcbari Sığorta Bürosunun  “Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası  haqqında nə bilirik? Maariflənək, maarifləndirək ” mövzusunda keçirdiyi  məqalə müsabiqəsinə yekun vuruldu

İcbari Sığorta Bürosunun Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri arasında elan etdiyi “Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası  haqqında nə bilirik? Maariflənək, maarifləndirək” mövzusunda 6 mart – 10 aprel 2020-ci il tarixlərində keçirilən məqalə müsabiqəsi başa çatmış, qaliblər müəyyən olunmuşdur.

Daşınmaz əmlakın icbari sığoprtası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası barədə əhalinin media vasitəsilə marifləndirilməsi məqsədi daşıyan müsabiqəyə paytaxt Bakı, ilə yanaşı regional media orqanları da daxil olmaqla ümumilikdə  18  məqalə təqdim olunmuşdur.

Müsabiqə qaydalarında təsbit olunmuş meyarlar əsasında aparılmış qiymətləndirmənin nəticələrinə görə:

- ARB Televiziyasının redaktoru Məmməd Ağayevin – “ Daşinmaz əmlak sığortasında bilinən və bilinməyən gerçəklər”  məqaləsi birinci yerə;

- “Report İnformasiya Agentliyinin” baş redaktorunun müavini İlahə Məmmədlinin  “Azərbaycanda daşınmaz əmlakın sığortalanması “ikinci bahar”-nı yaşayır”   məqaləsi  ikinci yerə;

- ASAN radionun redaktoru və aparıcısı  Ruslan Zeynallının “Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası  haqqında nə bilirik? Maariflənək, maarifləndirək ” məqaləsi üçüncü yerə layiq görülmüşdür.

Qaliblərə müsabiqə qaydalarında qeyd olunun pul mükavatları və sertifikatlar təqdim olunacaq.