Finss.az - Azərbaycan Texnologiya Universitetinin dosenti Samir Mahmudov ([email protected]) və assistent Vilayət Həsənov ([email protected]) tərəfindən aparılan araşdırmanı təqdim edir:
Təbii ehtiyatların səmərəli və qənaətli istifadəsinin vacibliyi əsaslandırma tələb etmir. Dünyada istehsalı baha başa gələn xammala tələbat durmadan artır. Sahəarası problem kimi tullantısız və az tullantılı texnologiyanın işlənməsi və ikinci ehtiyatların səmərəli istifadəsi sahəarası qərarların qəbul edilməsini tələb edir. Qalıq məhsulları və tullantılar digər istehsal üçün xammal ola bilər. Qalıq məh- sulları planlaşdırılan, satılmasından və ya istifadəsindən gəlir verəndir. Tullantılar – arzuolunmaz, ancaq qaçılmaz məhsullardır. Tullantısız və az tullantılı texnologiya bir qayda olaraq, əsasən ən vacib xalq təsərrüfatı sahələrinə yönəldilir: materialların, tikinti materiallarının, oduncağın, faydalı qazıntıların səmərəli istifadəsi və istehsalı [1, 2]. Tullantı- sız və az tullantılı texnologiyanın bir neçə əsas istiqamətləri mövcuddur:
Xammalın tullantı əmələ gəlmədən kompleks emal prosesinin yaradılması və tətbiqi;
Bütün növ istifadə və istehsal tullantılarının emalı ilə əmtəə məhsulunun alınması;
Təkrar istifadəsinə tələbat nəzərə alınmaqla, yeni məhsul növlərinin buraxılması;
Təmizləyici qurğuların çöküntülərindən istifadə etməklə, qapalı sənaye su təchizatı sisteminin tətbiqi;
Tullantısız ərazi - sənaye komplekslərinin və iqtisadi regionların təşkili [3].
Bunun üçün mütləq aşağıdakı şərtlər vacibdir:
Müəyyən lazımi istehsalat şəraitinin və emal vərdişlərinin olmadığına görə istifadəsi mümkün olmayan bu və ya digər xammalın digər komplekslərinin istifadəsi;
Proyektləri realizələşdirən ekoloji şəraitlə at- mosferdə tullantılar, su hövzələri, torpaq və basdırılma üçün istifadə edilən torpaqla qarşılıqlı əlaqə;
Əvvəllər istifadə edilməyən ehtiyatların təsərrüfat dövriyyəsinə cəlb edilməsi;
Ümumi texnoloji zəncirdə bir və ya minimum mütərəqqi əməliyyatın tətbiqi, bütün texnoloji sistemin yeni səviyyəyə keçməsi vacibliyinə gətirib çıxarır;
Vacib xarakterli yeni materialların alınması imkanı;
Zərərli qazları və tozu yaradan proseslərin ixtisarı hesabına əmək şəraitinin yaxşılaşdırılması, aralıq məhsulu və katalizatorların zərərli komponent kimi ləğv edilməsi.
Təmizləyici qurğuların tətbiqi zəhərli tullantıların tamamilə zərərsizləşdirilməsinə imkan vermir. Daha mükəmməlləşdirilmiş təmizləyici sistemlərin tətbiqi külli miqdarda kapital qoyuluşunu tələb edir. Məsələn, böyük maşınqayırma müəssisələrində çirkab suların 90% səmərəliklə təmizlənməsi asanliqla həyata keçirilir. Lakin səmərəliliyin sonrakı hər bir faiz artırılması böyük хərclər tələb edir və sistemin mürəkkəbləşməsinə və ölçülərin artmasına gətirib çıxarır. Bu problemin həllində tullantısız və aztullantılı texnologiyanın tətbiqi altemativ həll kimi öz rolunu oynaya bilər.
Maşınqayırmada az tullantılı texnoloji proseslərin tətbiqi birinci növbədə metakdan istifadə əmsalını (MİƏ) artırmaqla əlaqədardır. MİƏ-mu artırılması iqtisadi-texniki səmərəliklə yanaşı tullantıların normadan azaldılmasına da səbəb olur.
Çirklənmə ilə mübarizə 2 yolla aparılır: birincisi- sənaye və kənd təsərrüfatı müəssisələrinin zərərli tullantılarından təmizlənməsilə; ikincisi ən səmərəli və iqtisadi cəhətdən çox xeyirli –tullantısız texnoloji prosseslərin və yaxud maksimal dərəcədə qapalı sistemlərin yaradılması, ölkələrdə təmizləyici qurğulardan geniş istifadə edilməsilə.
İstehsal sahələrinin tullantısız işləmələrini təmin edənə qədər birinci üsuldan istifadə edilməlidir. Biosferi çirkləndirən mənbəlrin qarşısını almaq məqsədi ilə konkret tədbirlər proqramı hazırlamaq üçün birinci növbədə çirklənmə ilə onun törətdiyi nəticələr arasında əlaqəni öyrənmək lazımdır. Ona görə də bütün dünya miqyasında çirklənməni yaradan və ətraf mühitin pozulmasının digər formaları haqqında ətraflı məlumat almaq məqsədi ilə beynəlxalq miqyasda monitorinq, yəni antropogen proseslərə nəzarət xidməti yaradılmışdır [4, 5].
Ümumiyyətlə, tullantısız və az tullantılı texnolo- giyanın tətbiqi ətraf mühitin mühafizəsində çox mühüm əhəmiyyət kəsb edir.
Tədqiqatlar göstərir ki, hal-hazırda ekoloji problemlərin həll edilməsi xüsusi metodlar tələb edir ki, bunlar da aşağıdakılardan ibarətdir:
-
təbii sərvətlərdən qənaətlə və ekoloji tarazlığa pozmadan istifadə etmək.
-
tullantısız və az tullantılı istehsal proseslərini geniş tətbiq etmək.
-
istehsalat sularının və tullantı qazları zərərli maddələrdən maksimum yolverilən qatılığa (MYQ) qədər təmizlədikdən sonra atmosferə və su hövzələrinə ötürmək.
-
Tullantılardan təkrar xammal kimi istifadə etmək.
Ekoloji problemlərin geniş vüsət almaması üçün insanlar texniki tərəqqinin və ya texniki inqilabın nəticələrindən elə istifadə etməlidirlər ki, onlar təbiətin ümumi ahəngini və ekoloji tarazlığı pozmasın.
ƏDƏBİYAT:
1. A.A.Xəlilov, R.M.Xasayev, Ə.M.Ələsgərov, G.Ə.Nəsibova. “Sənaye ekologiyasının əsasları.” Bakı 1997.
2. A.S.Sadıqоv. «Ətraf mühitin mühafizəsi.» Bakı, 1992
3. Abdullayev K.M, Şahmarov S.Ə. “ Ətraf mühitin istilik və atom elektrik stansiyalarının tullantılarından mühafizəsi.” Bakı 1992.
4. C.M.Mahmudov. “İstehsal sahələrinin texnologiyası və sənaye ekologiyası.” Bakı 2001.
5. Ə.Məmmədov, A.Xəlilova. “ Sənaye ekоlogiyası.” Bakı 2004.
Xülasə. Təqdim olunan materialda əsasən tullantısız və az tullantılı istehsal proseslərinin nəzəri əsasları, tullantısızlıq kriteriyaları, prinsipləri, tullantısız istehsala keçid şərtləri, mineral ehtiyatlar, onların keyfiyyət göstəriciləri, sənayedə enerjidən səmərəli istifadə, istilik izolyasiya materialları, tullantısız və az tullantılı texnologiyanın əsas istiqamətləri, ənənəvi texnologiyadan tullantısız texnologiyaya keçid, təkrar emal və tullantısız istehsala olan tələbat, tullantılardan ikinci xammal kimi istifadə olunması üsulları, istehsalın tullantısızlığının qiymətləndirilməsi və bütün sənaye sahələrində aztullantılı və tullantısız texnoloji proseslərin yaradılması imkanlarının və tullantılardan təkrar emal yolu ilə məhsul istehsalı texnologiyalarının öyrənilməsi məsələləri nəzərdə tutulmuşdur.
