Elm

02 Oktyabr

Avtomobil konstruksiyalarında dövri dəyişikliklər xilasetmə problemlərini həll edir – 4-cü Beynəlxalq Konfrans

Finss.az - 1 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin akademiyasında "Avtomobil konstruksiyalarında dövri dəyişikliklər xilasetmə problemləri" adlı 4-cü beynəlxalq Elmi-Praktiki konfrans keçirilib.

Konfransda MDB dövlətləri və ərəb ölkələrindən 30-dan çox nümayəndə iştirak edib. Konfransdan öncə iştirakçılar Fövqəladə Hallar Nazirliyinin akademiyasının rəhbər heyəti ilə birlikdə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına üzv şirkətlər tərəfindən təqdim olunan hibrid və elektrik avtomobillərə baxış keçiriblər. Onlara avtomobillərin özəllikləri və satış sonrası xidmətlər barədə məlumat verilib.

Konfransı giriş sözü ilə akademiyanın rektoru general-mayor Baba Salayev açıb. Daha sonra Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış edib.

Konfrans çərçivəsində xarici ölkələrdən olan iştirakçılar ilə yerli mütəxəssislərin çıxışları və maraqlı polemikalar olub.

Konfransın sonunda spikerlərə xüsusi sertifikatlar təqdim edilib.