Finss.az - Bakı Ali Neft Məktəbi (BANM) ölkədə ilk dəfə olaraq “Data analitikası” ixtisası üzrə qəbul elan edib.
Tədris proqramı çərçivəsində tələbələrə aşağıdakı bacarıqlar aşılanacaq:
-
Riyazi modelləşdirmə və statistika;
-
Proqramlaşdırma dilləri: Python, R, SQL;
-
Məlumat vizuallaşdırması;
-
Analitik düşüncə və qərarvermə texnikaları.
“Data analitikası” ixtisası aşağıdakı sahələrdə tətbiq edilir:
-
İqtisadiyyat və maliyyə;
-
Səhiyyə və informasiya texnologiyaları;
-
Logistika, təhsil və dövlət idarəçiliyi.
Məzunlar üçün geniş karyera imkanları yaradılır:
-
Data analitiki, Data Scientist, biznes analitiki, məlumat mühəndisi və vizuallaşdırma mütəxəssisi kimi peşələrdə fəaliyyət göstərə biləcəklər.
Eyni zamanda bu ixtisas məzunlarına Data Science, süni intellekt, statistik modelləşdirmə, proqram mühəndisliyi və maliyyə sahələrində magistr və doktorantura təhsili almaq üçün geniş imkanlar yaradır.
