Elm

23 May

Qarabağ və Şərqi Zəngəzur Təbii Ehtiyatları Atlası təqdim olunub

Qarabağ və Şərqi Zəngəzur Təbii Ehtiyatları Atlasının hazırlanmasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir neçə institutunun iştirakı olub.

Finss.az xəbər verir ki, bu barədə atlasın təqdimat mərasimində çıxışı zamanı akademik Akif Əlizadə məlumat verib.

Onun sözlərinə görə, atlas Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq:

“Atlasın əsas üstünlüklərindən biri odur ki, hər bir tematik xəritə ətraflı izah mətni ilə müşayiət olunur. Nəşr Azərbaycan, rus və ingilis dillərində hazırlanıb. Bu, atlasdan geniş auditoriyanın, xüsusilə də rus və ingilis dillərində tədqiqat aparan mütəxəssislərin faydalana bilməsi üçün nəzərdə tutulub,” – deyə A. Əlizadə qeyd edib.