Elm

14 Aprel

Alimlər ucuz YEA istehsalı yaradıb

Finss.az -  Rusiyada alimlər qrupu yeni yüksək entropiyalı ərinti (YEA) əldə edib.

Rusiya, İran, Çin, Böyük Britaniya və BƏƏ alimlərindən ibarət qrup, ərintinin sərtliyini və aşınma müqavimətini nisbətən aşağı istehsal xərcləri ilə təmin ediblər. Bu uğur, bahalı elementlərin yerinə daha ucuz dəmirin əlavə edilməsi və metalın nanostrukturlaşdırılaraq emal olunması nəticəsində əldə olunub.

Alimlərin dediyinə görə, yeni YEA metodu, metal işləyən alətlər və hava mühərrikləri kimi detalların istehsalında istifadə oluna bilər.