Elm

08 Aprel

Yer üzündə maqnit fırtınaları gözlənilir

Finss.az - Bu həftənin ikinci yarısında Yer üzündə maqnit fırtınalarının yaranacağı gözlənilir.

Bu barədə məlumatı İKI və İSİZF-in Günəş Astronomiyası Laboratoriyası yayıb. Bildirilir ki, Günəşin yerə doğru olan tərəfəsində orta ölçülü bir neçə koronal deşik müşahidə olunur və bu, həftənin ikinci yarısında orta dərəcədə maqnit fırtınalarının yaranmasına səbəb ola bilər.

Alimlərin sözlərinə görə, gözlənilən fırtınalar zəif olacaq və "güclü hadisələrin ehtimalı hazırda sıfıra yaxın" olaraq qiymətləndirilir. Həmçinin, Yer planetinin maqnit sahəsinin ümumilikdə sabitləşdiyi, planetin qeyri-sabit günəş küləyinin zonasından çıxdığı bildirilir.

Fasilənin müddətinə dair dəqiq bir məlumat verilmir və alimlər, bu "fasilənin nə qədər davam edəcəyini deməyin çətin olduğunu" qeyd edirlər.

Fırtınaların Yer üzündə ciddi təsirə səbəb olması ehtimalı az olsa da, astronomlar bu təbii hadisələri diqqətlə izləyir.