Nağdsız hesablaşmaların stimullaşdırılması, müvafiq infrastrukturun təkmilləşdirilməsi, əməliyyatların və hesablaşmaların şəffaflığının təmin olunması Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərməkdə davam edir.
Fins.az xəbər verir ki, 2024-cü ilin yanvar-mart aylarında muxtar respublikada nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb. Cari ilin 3 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 23,1 milyon manatı POS-terminalların, 193 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.
2023-cü ildə muxtar respublikada nağdsız əməliyyatların həcmi 2022-ci illə müqayisədə 3 dəfə artaraq 617,6 milyon manat olub.
01.04.2024-cü il tarixə muxtar respublikada 5229 POS-terminal aparatı quraşdırılıb ki, bu da 01.01.2023-cü illə müqayisədə 1,4 dəfə çoxdur.
Fuad Mədətov
Fins.az