Finss.az xəbər verir ki, Goldman Sachs analitikləri qlobal neft tələbatı ilə bağlı proqnozlarını yenidən nəzərdən keçiriblər. Julia Grigsby və Daan Struven tərəfindən hazırlanan son proqnozlara görə, qlobal neft tələbatı 2024-cü ildəki gündəlik 103,5 milyon bareldən 2040-cı ilə qədər gündə 113 milyon barelə çatacaq.
Bankın ekspertləri bildirirlər ki, proqnozdakı artım əsasən elektrikli nəqliyyat vasitələrinin istifadəsinin gözləniləndən daha yavaş inkişafı və sənaye sektorunda enerji tələbatının davamlı artması ilə əlaqədardır. Bu dəyişiklik qlobal neft bazarında uzunmüddətli perspektivlər və enerji investisiyaları üçün mühüm göstərici sayılır.
Goldman Sachs analitiklərinin yeni proqnozları enerji sektoru şirkətləri, investorlər və iqtisadçılar üçün strateji əhəmiyyət daşıyır, çünki bu, gələcəkdə neft qiymətləri və tədarük-istehlak balansına təsir göstərə bilər.
