DÜNYA

28 İyul

Avropa–ABŞ ticarət mübahisəsi: Fridrix Mersdən sərt tənqid

Finss.az - Almaniya Kansleri Fridrix Mers Avropa İttifaqı ilə ABŞ arasında imzalanmış yeni ticarət razılaşmasının ölkə iqtisadiyyatına mənfi təsir edəcəyini bildirib.

O, razılaşdırılmış 15%-lik gömrük rüsumlarının Almaniyanın ixracyönümlü sənayesinə "ciddi yük" gətirdiyini deyib.

Razılaşmaya əsasən, Aİ-dən ABŞ-a ixrac edilən məhsulların əksəriyyətinə tətbiq ediləcək tarif əvvəl təklif olunan 0%-dən xeyli yüksəkdir, lakin prezident Donald Trampın daha əvvəl səsləndirdiyi 30%-lik tarifdən aşağıdır.

Mers bildirib ki, avtomobil sektorunda mövcud 27,5%-lik tarifin 15%-ə endirilməsi alqışlanmalıdır, lakin ümumilikdə bu razılaşma Almaniya üçün arzuolunan deyil. O, danışıqlar prosesində Almaniya, Fransa və İtaliya hökumətlərinin fəal iştirak etdiyini də vurğulayıb.

Kansler əlavə edib ki, "şəxsən bu nəticədən daha yaxşısını gözləmirdim".