DÜNYA

21 İyul

Avropa Komissiyası ETIAS sistemi vasitəsilə ödəniş məbləğini artırmağı planlaşdırır

Avropa Komissiyası ETIAS sistemi vasitəsilə Aİ-yə səfərlər üçün ödəniş məbləğini artırmaq niyyətindədir.

Bu barədə Finss.az “Euronews” telekanalına istinadən xəbər verir ki, indiyə qədər 7 avro olan ödəniş 20 avroya qalxa bilər.

2026-cı ilin sonlarından başlayaraq, İrlandiya istisna olmaqla, 30 Avropa ölkəsinə vizasız səfərlər ETIAS sistemi ilə təmin olunacaq. Bu sistem Aİ-yə üzv ölkələrə əlavə olaraq İslandiya, Norveç, Lixtenşteyn və İsveçrənin də ərazisini əhatə edir.

ETIAS icazəsi Böyük Britaniya, ABŞ, Kanada, Braziliya və Avstraliya vətəndaşları üçün 90 günədək qısamüddətli səfərlər zamanı tələb olunur.

Toplanan ödənişlər Aİ-nin büdcəsinə daxil ediləcək.

Qeyd edək ki, hazırda ETIAS ödənişi 7 avro təşkil edir.

Fuad Mədətov
Finss.az