Finss.az - ABŞ Prezidenti Donald Tramp Moldovanın Prezidenti Maya Sanduya məktub göndərərək 2025-ci il avqustun 1-dən etibarən Moldovadan ABŞ-a idxal olunan bütün məhsullara 25% tarif tətbiq ediləcəyini açıqlayıb.
Bu addım ABŞ-ın xarici ticarət balansını qorumaq məqsədilə atılan yeni tarif siyasətinin bir hissəsidir.
Bundan əlavə, Bruney, Filippin, Əlcəzair, Liviya və İraq kimi ölkələrə də müxtəlif faizlərlə tariflər tətbiq ediləcək. Tramp bundan əvvəl Cənubi Koreya, Yaponiya, Qazaxıstan, Malayziya, Cənubi Afrika, Laos və Myanma ilə oxşar tarif tətbiqini elan etmişdi.
Tariflərin tətbiqi ticarət danışıqlarında ABŞ-ın mövqeyini gücləndirməyi hədəfləyir. ABŞ artıq Vyetnamla ticarət razılaşması imzalayıb, Çin və Böyük Britaniya ilə isə əsaslı danışıqlar aparır.