Finss.az - Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı ABŞ ilə gömrük rüsumları məsələsində sərt qərarlardan çox danışıqlar yolu ilə həllə üstünlük verir.
O, Avropa Parlamentində açıqlamasında qeyd edib ki, ABŞ fevral ayından etibarən AB ilə ticarətin 70%-i üzrə rüsumlar tətbiq edib və bu addım misilsiz xarakter daşıyır.
Fon der Leyen əlavə edib ki, Avropa İttifaqı mövqeyini qətiyyətlə müdafiə edir, lakin dialoq üçün ABŞ administrasiyası ilə sıx əməkdaşlıq edir. O, ABŞ prezidenti Donald Trampla yaxın günlərdə aparılan müzakirələrin nəticə verdiyini vurğulayıb və hər bir ssenarəyə hazır olduqlarını bildirib.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, gömrük rüsumları biznesə ciddi zərər vurur və buna görə də AB yeni ticarət razılaşmaları imzalamaqla, o cümlədən MERCOSUR, Meksika və İsveçrə ilə müqavilələri gücləndirməklə alternativ imkanlar axtarır. İlin sonuna qədər Hindistanla da sazişin tamamlanması planlaşdırılır.
Fon der Leyen bu siyasətin Avropa şirkətləri üçün yeni bazarlar və imkanlar açacağını, eyni zamanda risklər daşısa da, onlardan faydalanmaq lazım olduğunu vurğulayıb.