Finss.az - Çin ötən il dünya üzrə mədənçilik və digər yataqçı aktivlərə rekord səviyyədə sərmayə yatırıb.
SP və Mergermarket-in məlumatlarına əsasən, keçən il ümumi məbləği 100 milyon ABŞ dollarından çox olan əməliyyatlar həyata keçirilib ki, bu da 2013-cü ildən bəri ən yüksək göstəricidir.
Griffith Asia Institute tərəfindən aparılan araşdırmaya görə, 2024-cü il Çin üçün xarici mədən sənayesinə investisiyaların ən aktiv ili olub. Bu il də Çin şirkətləri xaricdə sərmayə yatırmağa davam edir. Məsələn, Çin mədən şirkəti Zijin Mining Qazaxıstanda 1,2 milyard dollar dəyərində qızıl yatağı alacağını açıqlayıb. Həmçinin, Appian şirkəti Braziliyada mis və qızıl hasilatı ilə məşğul olan Mineracao Vale Verde müəssisəsini Çin Baiyin Nonferrous Group-a 420 milyon dollara satıb.
Ekspertlər bildirir ki, Çin tarif müharibələri səbəbindən ucuz xammal idxalına çıxışın məhdudlaşacağından ehtiyatlanaraq, təbii sərvətlərə tələbatını maksimum təmin etməyə çalışır. Appian Capital Advisory-in nümayəndəsi Maykl Şçerb bildirib ki, Çin şirkətləri qısa müddətli fürsətlərdən istifadə etmək üçün geosiyasi çətinliklər yaranmadan əvvəl aktiv şəkildə əməliyyatlar həyata keçirirlər.