DÜNYA

07 İyul

Almaniyada mayda sənaye istehsalı 1,2% artdı

Finss.az - Almaniyada sənaye istehsalı may ayında əvvəlki aya nisbətən 1,2% artıb.

Ölkənin statistika idarəsinin açıqlamasına görə, bu artım analitiklərin gözləntilərini üstələyib, çünki bazar iştirakçıları əvvəlcə dəyişiklik gözləmirdilər.

Yenilənmiş məlumatlara əsasən, apreldə sənaye istehsalı 1,6% azalaraq əvvəlki rəqəmdən (1,4%) daha çox eniş göstərib. May ayında istehsal vasitələrinin istehsalı 4,1%, istehlak mallarının istehsalı 0,5% artarkən, ara mallarının istehsalı 2,1% azalıb.

Sənaye sektorlarının göstəricilərinə baxdıqda, maşınqayırma sahəsində istehsal 4,9%, energetika sektorunda 10,8%, dərman sənayesində isə 10% artıb. Tikinti sektorunda isə 3,9% azalma qeydə alınıb.

İllik müqayisədə isə may ayında Almaniyada sənaye istehsalının həcmi 1% artıb ki, bu da iqtisadiyyatın dayanıqlılığını göstərir.