Finss.az - ABŞ hökuməti Meksikanın üç maliyyə qurumu — CIBanco, Intercam Banco və Vector Casa de Bolsa broker şirkətinə narkotik ticarəti ilə əlaqəli maliyyə vəsaitlərinin yuyulmasında iştirak etdiklərinə görə sanksiyalar tətbiq edib.
Böyük reytinq agentlikləri Fitch və SP bankların kredit reytinqlərini aşağı salıb. Eyni zamanda, Visa xəbərdarlıq etmədən CIBanco-nu beynəlxalq əməliyyat platformasından çıxarıb. ABŞ Maliyyə Nazirliyi bildirir ki, bu qurumlar vasitəsilə fentanil istehsalı və satışı ilə əlaqədar maliyyə axınları idarə olunub.
Meksika prezidenti Klaudia Şeynbaum ABŞ-ı sübut təqdim etməməkdə ittiham edib və ölkənin bank tənzimləyicisi CNBV müvəqqəti olaraq iki bankda xarici idarəetmə tətbiq edib. Sanksiyalar rəsmi elan edildikdən sonra 21 gün ərzində qüvvəyə minəcək.
Maliyyə analitikləri bildirirlər ki, sanksiyalar Meksika banklarının beynəlxalq əməliyyat qabiliyyətinə ciddi təsir göstərə bilər və bu, bölgədə maliyyə sektorunda riskləri artırır.